fbpx
skip to Main Content

Bakıda və onun ətrafındakı ən yaxşı 5 yer

Bakı müasir həyat tərzi, tarix və antikanın birləşməsi ilə turistləri özünə cəlb edir. Bakının kontrastlar şəhəri olduğunu söylədikləri boş yerə deyil.
Azərbaycanda istirahət edərkən onlarla fərqli məkana baş çəkə bilərsiniz. Uzaq məsafədə yerləşdikləri üçün Qobustan kimi bəzi attraksionlara və Yanardağa gedməyə görə nəqliyyat vasitəsi tələb edir. Rahatlığınız üçün maşın icarəyə götürməyinizə üstünlük verilir.
Bu yazıda sizə hər turistin ziyarət etməsi lazım olan 5 yer barədə məlumat verəcəyik.

İÇƏRİ ŞƏHƏR
Köhnə şəhərin Bakının mərkəzində yerləşməsi səbəbindən avtomobil kirayəyə götürmədən ziyarət edilə bilər, ictimai nəqliyyat vasitəsi ilə də çatmaq olar.

2000-ci ildə İçərişəhər UNESCO siyahısına (Ümumdünya İrs Siyahısı) daxil edilmiş və ən qədim yaşayış məntəqələrindən biri kimi tanınmışdır. İçərişəhər bir çox attraksionları və köhnə binaları qoruyub saxlamışdır. Məşhur məkanlardan biri Qız Qalasıdır.

27.12.2019 Blog News | Car rental services in Baku | Аренда автомобилей в Баку | Bakıda Maşınların İcarəsi

YANARDAG
Yanardağ dünyanın hər tərəfindən gələn turistlərin (o cümlədən azərbaycanlıların da özləri) ən sevimli yeridir. Bütün dağ yanan alovla doludu. Yanardağa gələn hər bir turist qarışıq hisslər keçirir.
Bu ərazi şəhərdən bir saatlıq məsafədə olduğu üçün avtomobil icarəyə götürərək Yanardağa səyahət planlaşdırın!

QOBUSTAN
Qobustan daşlardakı görüntüləri ilə məşhurdur. Görüntülərin yaşı yüz illərə çatır (e.ə. XII əsrdən – orta əsrlərə). Ərazidə mədəniyyətini daşların üstündə şəkillərin çəkilməsini əks etdirən insanlar yaşayırdı. Qobustan – Azərbaycanda ən çox ziyarət edilən yerlərdən biridir.

ALOV QÜLLƏLƏRİ
Azərbaycanın qədim mağara rəsmlərinin, köhnə və gözəl binalarının mövcudluğu ilə məşhur olmasına baxmayaraq; ölkə müasir memarlıqda da üstündür.

Hər bir turist qaranlıqda odla işıqlandırılan 3 “alov dillərini” ziyarət edib öz gözləri ilə görmək məcburiyyətindədir. Xoşbəxtlikdən, Flame Towers şəhərin mərkəzində yerləşir və gəzinti məsafəsində bu cazibəyə çata bilərsiniz.

PALÇIQ VULKANLARI
Azərbaycanda 700-dən çox palçıq vulkanı var. Palçıq vulkanı, Azərbaycana gələn hər bir turist üçün görməyə dəyər bir heyrətamiz təbiət hadisəsidir.

Bakıda yüksək klirensli bir avtomobili, məsələn, krossover və ya yolsuzluq avtomobili icarəyə götürməyi məsləhət görürük.

WhatsApp chat