Şərtsiz azad olma məbləği (Franşıza)
Şərtsiz azad olma məbləği – YNS hadisəsi zamanı CDW,TP və TPL sığortaları üzrə dəymiş zərərin bir hissəsini müştəri(icarəçi) tərəfindən ödəniləcək məbləğdir.
Məsələn bir neçə varianta nəzər salaq:
- CollisionDamage Waiver (CDW), Theft Protection (TP), Third Party Liability Insurance (TPL) sığortaları üzrə hadisələrə əsasən,dəymiş zərərin cəmi 2000 AZN təşkil etdikdə şərtsiz azad olma məbləği isə 300 AZN təşkil edir. Müştəri(icarəçi) yalnız 300 AZN şərtsiz azad olma məbləğinə cavabdehlik daşıyır.Yerdə qalan hissəni,1700 AZN sığorta şirkəti tərəfindən ödənilir.
Diqqət! Bu qayda yalnız müştərinin göstərilən müqavilənin şərtlərini tam qorunub saxlayarsa,YNH yerinə sığorta əməkdaşları və DYP əməkdaşları cəlb edilərsə keçərlidir. Hər hansı bir digər şərtlərdə (qaçırma və qəsnən zərər vermə) zamanı icarədar cavabdehlik daşıyır.
- Əgər dəymiş zərər şərtsiz azad olma məbləğini keçmirsə, bu zərəri icarəçi ödəməli olur. Şərtsiz azad olma məbləği avtomobilin sinifinə dair dəyişir və bizim saytda avtomobillərin qarşısında qeyd olunub.
“Karavan” Azərbaycanda avtomobil icarə şirkəti eləcə də tam olaraq və şərtsiz azad olma məbləği olmadan “Super Əhatə” SIP sığorta şərtini təklif edir.Bu şərt bütün risklərə dair müştərinin avtomobili istismarı zamanı dəymiş hər hansı bir zərəri tam əhatə edir.Qeyd olunan sığorta paketini əldə edən müştəri icarədar qarşısında hətta şərtsiz azad olma məbləğinin cavabdehliyini daşımır (bizim qeyddə bu “Karavan Rent a Car in Baku” şirkətidir)