fbpx
skip to Main Content

Duman zamanı düzgün və təhlükəsiz sürüş

✅ İşıqları yoxlamaq.

Arxa dayanma işıqların işləkliyini yoxlamaq,eləcə də ön işıqları yandırıb baxmaq lazımdır.

✅ Duman əlehinə işıqlar.

Duman əlehinə işıqları yalnız sıx duman olduğu zaman yandırmaq lazımdır.Duman əlehinə işıqları yandırmaq zamanını nəcür bilmək olar ? Əgər qarşıda gedən avtomobilin arxa hissəsini tam aydın şəkildə görmək mümkün deyilsə o zaman duman əlehinə işıqları yandırmaq gərəkdir.

✅ Havalandırma prosesi.

Ön şüşənin və salonun isinməsini işə salan zaman daxildə olan nəmişlik azalır və bununlada siz yolu daha aydın şəkildə görə bilərsiniz.

✅ Məsafə saxlayın.

Duman zamanı görmə qat-qat çətindir. Bu deməkdir ki,siz məsafəni azı 2 dəfə artırmalısınız. Eləcə də biz sizə sürəti bacardığınız qədər salmağı tövsiyyə edirik (yaxşı olar ki 2 dəfə azalmış olsun). Əgər sizin sürətiniz 40 km/s artıq deyilsə bu zaman qarşınızdaki avtomobillə sizin aravızda 1 avtomobil yerləşməlidir (60 km/s dırsa bu məsafə ikiqat artıq olmalıdır). Bu qaydalar YHQ qeyd olunub və inzibati məsüliyyətə cəlb edə bilər.

✅ Sürəti aşağı salmalı.

Duman zamanı avtomobil sürüşü normal hava şəraitindən fərqlənir. Sizı sürəti aşağı salmağı, yaxud səkidə parking edib dumanın azalmasını gözləməyi tövsiyyə edirik.

Right and safe driving in the fog⠀

Duman zamanı nə etmək olmaz

⛔ Uzaqvuran işıqları qoşmaq.

Uzaqvuran işıqları işə salmaq çox pis hallara səbəb ola bilər, ona görə ki, müsbət effekt verməkdənsə əksinə görmə qabiliyyəti düşəcək. Duman zamanı işıqlar əksinə evtomobilin daxilinə əks olunur.

⛔ Səsli musiqi və bağlı şüşələr.

Əgər görmə zəifdirsə bu zaman musiqinin səsini salmalı və hətta təmiz söndürməniz tövsiyyə olunur. Yolayrıcına yaxınlaşan zaman pəncərələri açın, hər hansı bir avtomobilin yaxınlaşıb yaxınlaşmamasına əmin olun. Bu sizə YNS yanınmaqda kömək olacaq.

Duman zamanı real dünyanın görüntüsü kəskinləşir, bununlada maneələr görünməyə bilər, və yaxud uzaq görünə bilər. Sizə sürəti ikiqat salmağı tövsiyyə edirik, və işıq dirəklərinə diqqət yetirməyi məsləhət görürük.

Bizim sadə tövsiyyələrimizə əməl etsəniz özünüzü və yaxınlarınızı xoşagəlməz hadisələrdən qorumuş olacaqsınız.

WhatsApp chat