fbpx
skip to Main Content

İnternet ilə Sim Card

Biz yüksək texnologiyalı bir dövrdə yaşayırıq. Gözləməyi və boş yerə vaxt itirməyi sevmirik. Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdıqdan sonra “Karavan Rent A Car” şirkətindən icarəyə götürülmüş avtomobilin sükanı arxasında əyləşərək, yaxınlarınızla ünsiyyət qurmaq, eləcə də Bakı və onun ətraflarını naviqasiya sisteminin köməkliyi ilə gəzmək üçün mütləq yüksək sürətli İnternetə ehtiyacınız olacaq. İndiki vaxtda xəritələr, kompaslar və səyahətçilərin istifadə etdikləri daha çox vasitələr keçmişdə qalmışdır. İndi yuxarıda göstərilənlərin hamısını özündə birləşdirən bir smartfonun olması kifayətdir. Bütün bunların işləməsi üçün, sizə hansı İnternet limiti lazım olduğunu göstərən əlavə sifarişi “Karavan Rent A Car” şirkətinin menecerlarına təqdim edə bilərsiniz.

Сим карта с интернетом / Sim card with internet

Sizinlə görüşərkən şirkətin əməkdaşı aktiv İnternetə sahib bir SİM kart Sizə təqdim edəcəkdir. Hava limanındakı internet əldə etmək məqsədi ilə növbədə gözləməyə vaxt itirməməlisiniz və uzun bir xəttdə dayanmamalısınız, bundan əlavə olaraq hava limanında sizə təqdim olunan İnternet paketi bir neçə qat daha bahadır. Buna görə də, Azərbaycanda səyahət edərkən dəyərli vaxtınızı qorumaq üçün sadəcə bizə yazmaq lazımdır. “Karavan Rent A Car” şirkəti Azərbaycan ərazisi boyunca ünsiyyətsiz qalmayacağınıza və gözəl diyarımızdan sosial şəbəkələrdə foto şəkillər paylaşaraq tətil haqqında dostlarınız və qohumlarınıza etibarlı şəkildə məlumat verə biləcəyinizə zəmanət verir!

WhatsApp chat