skip to Main Content
5307

Bakıda Ski Center Baku qapalı xizək mərkəzi açıldı

Ski Center Baku Indoor Ski Centre Opens in Baku

⚠️ Diqqət. Material tanışlıq xarakteri daşıyır: Karavan Ski Center Baku-ya ziyarətləri sifariş etmir və mərkəzlə bağlı məsələləri həll etmir. Bütün suallarla birbaşa mərkəzə müraciət edin.

1 oktyabr 2026-cı ildə Bakıda Ski Center Baku açıldı — xizək və snoubord üçün 2800 kvadratmetrlik qapalı mərkəz. Azərbaycan Qış İdman Növləri Federasiyası onu dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi kimi təqdim edib.

Mərkəzdə üç MaxxTracks məşq yamacı — hərəkətli süni örtüklü maili zolaqlar — və Olympus SkyTech simulyatoru quraşdırılıb. Bunun sayəsində burada havadan asılı olmayaraq ilboyu xizək sürmək olar. Mərkəz həm yeni başlayanlar, həm də təcrübəli xizəkçilər və snoubordçular üçün nəzərdə tutulub.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev iştirak ediblər.

Mərkəzin əsas prioriteti uşaqları və gəncləri qış idman növlərinə cəlb etməkdir. Məktəblər üçün tanışlıq proqramları, yeni idmançılar üçün məşq qrupları, məşqçilər üçün isə seminarlar planlaşdırılır.

Ski Center Baku-nun ünvanı: Whitestone Towers, İzzəddin Həsənoğlu küçəsi 74, Nərimanov rayonu, Bakı.

«Sonsuz» yamacların necə işlədiyini, mərkəzin kimə uyğun olduğunu və əsl qarda harada xizək sürmək mümkün olduğunu — Səyahətçilər klubundakı materialimızda oxuyun.

Chatbot